“Ermənilər Laçın sərhəd məntəqəsində təxribatı böhran mühiti yaratmaq  məqsədi ilə törədiblər” - Açıqlama

17:54 20.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, iyunun 15-i səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub və nəticədə sərhədçilərimizdən biri yaralanıb. Bundan sonra Azərbaycan həmin məntəqə vasitəsi ilə Xankəndinə və geri hərəkəti dayandırıb. Nəticədə Ermənistan və Qarabağdakı revanşist, işğalçı, separatçı-terrorçu xislətli hayklar həmişəki xislətlərinə uyğun olaraq Azərbaycanın Qarabağdakı soydaşlarını tamamilə “blokadada” saxladıqları haqda  haray-həşir qaldırırlar. Belə bir durumda bir sıra şərhçilər iddia edirlər ki, Laçındakı sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatı Ermənistan tərəfi törədib. Bəs əgər nəticəsi Qarabağa gedib-gəldikləri yolun bağlanması oldusa, həmin təxribatın Ermənistana nə faydası? Bəlkə bu təxribat hansısa üçüncü tərəfin, məsələn, Rusiyanın təhriki ilə törədilib?..

Sabiq baş diplomat Tofiq Zülfüqarov mövzu ilə bağlı hafta.az-a açıqlamasında bunları söyləyib:

“Bu, ermənilərin həmişəki təxribat taktikasıdır. Onlar bəzən özlərinə kiçik zərər vuran bir iş görməklə təxribat törədib gələcək planlarını həyata keçirmələrinə şəraiti yetişdirə biləcək böhran mühiti yaratmağa çalışırlar. 1988-ci ildə Sumqayıtda özləri özlərinə qarşı qətliam aparmadılar?.. Yəni indiki halda diqqət edin:  2023-cü il aprelin 23-dən Laçındakı sərhəd-buraxılış məntəqəsi yaradılandan sonra ermənilər oradan rahat şəkildə keçib Qarabağdan Ermənistana gedib-gəlirdilər. Azərbaycan tərəfi də orada müvafiq çəkilişlər aparırdı, onlayn rejimdə gediş-gəlişi nümayiş etdirirdi. Və bütün dünya da müşahidə edirdi ki, Azərbaycan öz sərhədində qanuni nəzarət-buraxılış məntəqəsi qurub və ermənilər də rahatca gedib-gəlirlər. Belə bir durumda ermənilər gördülər ki, artıq Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına etirazlarına beynəlxalq ictimaiyyət ciddi reaksiya vermir və belə getsə, Azərbaycan bu yolla bütün Yuxarı Qarabağda da öz istəklərinə nail olacaq.  Ona görə də sərhəd məntəqəmizə atəş açmaqla təxribat törətdilər ki, Azərbaycan tərəfi də buna qarşılıq olaraq Laçın yolundan keçidə tamamilə qadağa qoysun. Onlar da bunu bəhanə edərək haray-həşir qaldırdılar ki, görürsüz, Azərbaycan indi Qarabağdakı erməniləri tamamilə blokadada saxlayıb. Bəs Azərbaycan-Ermənistan sərhədində hansı üçüncü tərəf maraqlıdır? Demək olar ki, münaqişənin uzanmasını istəyən bütün tərəflər. Rusiyadan İranadək, Fransayadək və s. və i.a...”

Siyasət rubrikasından digər xəbərlər