Yazını böyüt
Yazını kiçilt
GTB Steel şirkətinin təsisçiləri Yerasx (Kərki) kəndində tikilməkdə olan metallurgiya müəssisəsinin ərazisində Ermənistan və ABŞ bayraqlarının quraşdırılmasını qərara alıblar.
Şirkətin mətbuat xidmətindən bildiriblər ki, bayraq qaldırma mərasimi iyunun 20-də baş tutacaq.
Qeyd edək ki, bu istiqamətdə ermənilər Araz çayının ekloliji durumuna ciddi mənfi təsir göstərəcək ağır metallurgiya zavodu inşa etmək istəyirlər. Ərazi həm də Kərki anklavının Azərbaycanla arasında yerləşir ki, bu da həmin zavodun yerinin Paşinyanın Kərkini Azərbaycana qaytarmaq istəməməsi üçün atılan addım kimi dəyərləndirilir.