Ermənilər Qarabağ atları üçün Xocalıda mərkəz açdı – FOTO

17:24 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənilər Azərbaycanın milli at cinsi olan Qarabağ atlarını özünküləşdirməkdə davam edir.

Modern.az xəbər verir ki, bu məqsədlə işğal altındakı Xocalı rayonun Muxtar kəndində yeni atçılıq mərkəzi yaradılıb.

İppodromu və at saxlamaq üçün tövlələri olan mərkəzdə Qarabağ atlarının sayının artırılması və sonradan xaricə satılması da planlaşdırılır. Atçılıq mərkəzinin yerləşdiyi ərazi Şuşanın 3 kilometrliyində, Daşaltı dərəsinin girişində yerləşir.

Həmin mərkəzin fotolarını təqdim edirik.

  

Oxunma sayı