Rusiya Qarabağ ermənilərinin bu əraziləri hamılıqla tərk edəcəyini hesablamadan Azərbaycanla sövdələşmə edib.
Hafta.az bildirir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
“Dövlət strukturlarını (Separatçı rejimin qalıqlarını red.) ləğv edəcəklərini, ordunu, əhalinin bir hissəsinin gedəcəyini, bir hissəsinin qalacağını, mandatlarını uzadacaqlarını düşünürdülər. Amma nəzərə almayıblar ki, ümumiyyətlə, əhali arasında heç bir nüfuzları yoxdur, ona görə də hamı bir nəfər kimi getdi”.
Badalyanın fikrincə, bu addımla Rusiya Cənubi Qafqazda mövqeyini itirə bilər ki, bu da böyük səhvdir. “Ona görə də Rusiya tərəfi indi Qarabağ ermənilərinə humanitar yardım göstərir və onların geri qaytarılması üçün də müəyyən addımlar atır, bu istisnadır. Onlar Qarabağa yalnız bir şərtlə qayıda bilər - orada erməni qoşunlarının olması. Azərbaycan buna icazə verməyəcək”.