Ermənilər Xocalıda 15 binanın tikintisini davam etdirir -FOTO

18:27 20.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Rusiya ordusunun nəzarətində qalan Yuxarı Qarabağ ərazilərindəki separatçı-terrorçu rejimin tör-töküntüləri 1992-ci ildə soydaşlarımıza qarşı kütləvi soyqırımı həyata keçirdikləri Xocalı şəhəri ərazisində yeni binaların  tikinti işlərini davam etdirir.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediasına separatçı erməni xuntasının qanunsuz “şəhərsalma nazirliyi”nin  mətbuat katibi Marta Danielyan danışıb.

“Hazırda tikinti sahələrindən birində 15 üçmərtəbəli bina tikilir. Binaların hər biri 2, 3 və 4 otaqlı 12 mənzildən ibarət olacaq. Hazırda tikinti işləri bünövrənin qurulmasından tutmuş divarların  və dam örtüyünün hazırlanmasına qədər müxtəlif mərhələlərdədir. Tikintisi layihəsi “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına həyata keçirilir. Yeni mikrorayonun tikintisində 8 tikinti şirkəti iştirak edir”- deyə M.Danielyan bildirib.

Xatırladaq ki, ermənilər Xocalıda sözügedən binaların layihələndirmə işlərinə 2021-ci  ilin mayından başlayıb.