Ermənisan sülhə hazır deyil - Rəşad Bayramov

11:34 26.03.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əgər Ermənistanın baş naziri Nikol Paşinyan sülh istəyirsə, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Azərbaycanın irəli sürdüyü şərtlər sülhün əldə oluması üçün vacib şərtlərdir”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov erməni baş nazir Nikol Paşinyanın Minsk Qrupunun buraxılması, konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsinə dair açıqlamasını şərh edərkən bildirib. Politoloq qeyd edib ki, Ermənistan ölkənin əsas qanununa istinad edərək Paşinyanın imzaladığı hər hansı sənəddən imtina edə bilər. Ona görə də, Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxarmaldır. Elə bir iddia Ermənistan konstitusiyasında qaldıqca, Azərbaycanla sülh sazişinin imzalanmasının əhəmiyyəti olmayacaq.
Minsk Qrupunun buraxılmasına gədikdə isə politoloq bu qurumun onsuz da fəaliyyətsiz bir qurum olduğunu qeyd edib.

“Minsk Qurupunun buraxılması texniki məsələdir. Azərbaycan bu barədə öz mövqeyini ortaya qoyub. Ermənistan da öz mövqeyini ortaya qoymaqla bu məsələyə son qoya bilər. İndi Paşinyanın “sülh sazişi imzalandıqdan sonra Avropa İtttifaqı müşahidə missiyasını sərhədlərdən uzaqlaşdıracağıq” deməsi müsbət hal olsa da, bu, daha çox vaxt qazanmağa hesablanır. Çünki Paşinyanın onsuz da olmayan Minsk Qrupunun buraxılması ilə bağlı müzakirələr açmaq istəyi, referendumun 2027-ci ildə, ən yaxşı halda 2026-cı ildə seçkilərlə eyni vaxtda keçirləcəyi barədə çıxışları və yaxud Aİ müşahidə missiyasının indi sərhədlərdən uzaqlaşdırılması mümkün olduğu halda sonrakı vaxtda saxlamaları sadəcə vaxt qazanmaq üçün atılan addımlardır. Bütün bunlar belə bir təəssürat yaradır ki, Ermənisan sülhə hazır deyil. Sadəcə olaraq Ermənistan özünün “sülh istəyən” obrazını yaymaq, beynəlxalq ictimaiyyətdən daha çox dəstək almaq, Azərbaycanı sülhdən yayınan tərəf kimi göstərmək üçün manipulyasiya edir. Biz Ermənistanın sülhə hazır olmasını konkret addımlar atması ilə görə bilərik. Lakin bu addımları hələ ki, görmürük”.