Ermənistan baş prokurorluğu Sarkisyana cinayət işi açdı

16:40 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

 

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib.

 

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

 

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

 

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

 

Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib.