“Ermənistan siyasi partiyanızın ən çılğın arzularında cəsarət etdiyi və ya xəyal etdiyindən qat-qat çox və çoxlu sayda ölkədən daha çox silah əldə etməyə qadirdir”.
Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə “Hayastan” fraksiyasının deputatı Kristina Vardanyanın sualını cavablandırarkən deyib.
“Siz Ermənistanı diz çökdürmək və başqa ssenariləri həyata keçirmək üçün "reseptə uyğun olaraq" sizə lazım olan qədər silah "buraxmağa", lazım olmayanda bu qədər silahı “almağa” öyrəşmisiniz”, - deyə Mirzoyan Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu siyasi blokun deputat üzvünün diqqətinə çatdırıb.
"Söhbət müdafiə silahlarından gedir, bizim heç bir hücum məqsədimiz yoxdur, bu, ölkəmizin müdafiə silahları əldə etmək suveren hüququdur və loqistika ilə bağlı problem olmasaydı, biz daha çox şey gətirərdik", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.