Ermənistan hökuməti Xənkəndindəki separatçılara 290 MİLYON DOLLAR AYIRDI

18:50 24.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti 2022-ci ildə "büdcə dəstəyi kimi" Qarabağdakı separatçı rejimin qalıqlarına təxminən 290 milyon dollar ayıracaq. Hafta.az xəbər verir ki, bunu bazar ertəsi baş nazir Nikol Paşinyan Yerevanda separatçıların rəhbəri Arayik Arutyunyanı qəbul edərkən deyib.
Hökumətdə keçirilən müşavirədə Dağlıq Qarabağda infrastrukturun inkişafı, mənzil tikintisi, sosial problemlərin həlli məsələləri və bu ərazilərdə qarşıda duran planlar müzakirə olunub.

Paşinyan vurğulayıb ki, 2021-ci ildə Ermənistandan maliyyə yardımının həcmi 100 milyard dramı (200 milyon dollardan çox) ötüb. Paşinyan hesab edir ki, sosial böhranın idarə olunmasından inkişaf mərhələsinə keçidə başlamaq və bu istiqamətdə işləməyə çalışmaq lazımdır. Ermənistanın baş naziri "Qarabağın müharibədən sonrakı inkişafı çərçivəsində indiyədək həyata keçirilən layihələri səmərəli" adlandırıb.

Arutyunyan isə deyib ki, ümumilikdə "Qarabağda 5 minə yaxın ev tikmək və təmir etmək vəzifəsi" qoyulub. O hesab edir ki, bu yolla əsas mənzil problemi həll olunacaq. Və Ermənistanın yuxarıda qeyd olunan məbləğdə yardımı təkcə mənzil problemini aradan qaldırmağa deyil, həm də bir sıra digər eyni dərəcədə iddialı vəzifələri həyata keçirməyə imkan verəcək. Xüsusilə, söhbət paytaxtın fasiləsiz su təchizatını təmin edəcək Badara-Xankəndi su kəmərinin tikintisindən, eləcə də "Dağlıq Qarabağın yaxın tarixində misli görünməmiş layihə olan Bədərə su anbarının tikintisindən" gedir. Həmçinin 3 min hektara yaxın kənd təsərrüfatı sahəsini suvarmağa imkan verəcək su kanalının tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Oxunma sayı 793
Siyasət rubrikasından digər xəbərlər