Sentyabrın 27-də başlayan Vətən müharibəsində ardıcıl ağır məğlubiyyətlər alan Ermənistan artıq terror əməlləinə start verib. Bu dəfə isə əsas hədəf kimi xaricdəki diplomatik nümayəndəliklərimiz hədəfdədir.
Bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib. Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Ukrayna mətbuatı da yazır ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsinin olduğu istisna deyil.
Analoji təhrik hadisələri və hədə dolu təxribat əməlləri bir müddət əvvəl Avropa Birliyinin üzvü olan Estoniyada da qeydə alınıb.
Estoniya KİV-lərinin məlumatına görə, oktyabrın 25-də maska taxmış naməlum şəxs Tallindəki İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.
Hadisə İslam mərkəzinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Şahidlərin sözlərinə görə, kişi rus dilində “Bu, Məhəmmədə bir hədiyyədir” deyib.
Bütün müsəlmanlar üçün təhqiramiz olan bu hərəkət yalnız bir dini radikalın xuliqanlığı deyil, eyni zamanda dinlərarası və etnik nifrəti qızışdırmağa yönəlmiş təxribatdır. Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət dini radikalizm ilə seçilən bir eston tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq törədilib.
“Ölkəmizlə Baltikyanı respublikalar arasında yaxşı münasibətləri pozmağa çalışan Ermənistan tərəfindən Azərbaycana qarşı açıq bir təxribat var. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən hansı “fırtınalı” işlərin aparıldığını nəzərə alsaq, bu biabırçı hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının imzası hiss olunur. Əminliklə deyə bilərik ki, bu təxribatı törədən estoniyalı əvvəllər Ermənistan xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və onların agentidir. Buna görə də Estoniyanın səlahiyyətli qurumları səfir Mkrtçyanın təxribatçı fəaliyyətlərinə diqqətlə yanaşsalar, yaxşı olardı” -deyə Estoniya KİV-lərində qeyd olunub.
"Bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb".
Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb: "Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.
Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcək".
Əslində Avopada terror əsdirən erməni millətçiləri və daşnaklarının bu cür əməlləri AB ölkələrinə yad deyil. İstən 20-ci əsrin əvvəllərində, istərsə də 70-80-ci illərdə ASALA terror təşkilatı tərəfindən onlarla türk diplomatı qətlə yetirilib, yaralanıb. İyul təxribatları zamanı xaricdəi soydaşlarımıza təşil edilən hücumlar da ermənilərin ancaq terrordan bəsləndiyini ortaya qoymuşdu.
İndi isə, Ermənistan rəhbəliyi Avropada, Livanda və Suriyada, digər Yaxın Şərq ölkələrində olan ASALA, Daşnakstyun, PKK kimi terror təşkilatlarının üzvülərini Dağlıq Qarabağa yerləşdirir. Hətta bu addımını qanuniləşdirmək üçün parlament səviyyəsində qanunlar da qəbul edilir. Lakin dünya dövlətləri yenə də Ermənistanın bu cür terror əməllərinə göz yummaqdadır.