Ermənistan mediasında Bakı və İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı cərəyan edən proseslər geniş müzakirə olunmaqdadır.
Ən çox diqqət isə Rusiya və ABŞ, Avropa Birliyinin vasitəçilik missiyasının təhlilinə yönəlib. Ən maraqlı məqam isə artıq "Dağlıq Qarabağın Ermənistan üçün birdəfəlik itirildiyi"nin xüsusi olaraq qabardılmasıdır.
"Kreml bizi inandırmağa çalışır ki, Artsaxın (Qarabağ red.) Azərbaycandan kənarda saxlanması mümkündür. Baxmayaraq ki, əslində bu artıq belə deyil".
Hafta.az bildirir ki, bu fikirlər "armenianreport" saytında xarici işlər nazirlərinin ABŞ-dakı mümkün görüşü ilə bağlı iəqalədəndir:
"Düşmən artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə - Qafandan Cermuka qədər nəzarət edir. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq.
ABŞ-ın planı isə ondan ibarətdir ki, fəlakətdən qaçmaq və Ermənistanı xilas etmək vacibdir. Sadəcə olaraq Qarabağı xilas etmək üçün heç bir variant yoxdur. Heç kim yoxdur. Bu, sərt reallıqdır. Kim bunu inkar edərsə, yalançı və təxribatçıdır".