Ermənistan parlamentinin təcili iclası çağırıldı – KƏNDLƏRƏ GÖRƏ

12:09 02.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Parlament müxalifəti - “Hayastan” və “Şərəf duyuram” fraksiyaları Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası məsələlərinə dair parlamentin təcili iclasını çağırıb.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti məlumat yayıb.

Parlamentin reqlamentinə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti sessiyaları zamanı növbədənkənar iclaslar keçirilə bilər. Müxalifət partiyaları aprelin 9-da başlayacaq dördgünlük sessiyanın ilk əsas sessiyasında təcili iclas çağırmaq və əsas spikerlər kimi baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı parlamentə dəvət etmək qərarına gəliblər.

Müxalifətçilərin fikrincə, Ermənistan rəsmilərinin Tavuş bölgəsində baş verəcək proseslərdən əvvəl verdiyi açıqlamalar prosesin beynəlxalq normalara və Ermənistan Respublikası Konstitusiyasının tələblərinə zidd aparılacağını sübut edir.