Qəsbkar Ermənistanın "Hayastan" Ümumerməni Fondu tərəfindən Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi kontinegntininn nəzarətinqə qalan ərazilərində “yolların yenidən qurulması, məktəblərin əsaslı təmiri, su təchizatı şəbəkələri və genişmiqyaslı mənzil tikintisi də daxil olmaqla təxminən 30 milyard dram(təxm. 100 min AZN) dəyərində qanunsuz tikinti layihələri həyata keçiriləcək”.
Hafta.az xəbər verir ki, işğalçı ölkənin News.am nəşri bu haqda Ermənistan prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, "Hayastan" ümumerməni fondu qəyyumlar şurasının sədri olan prezident Armen Sarkisyan bu gün – avqustun 5-də fondun icraçı direktoru Aykak Arşamyanla işgüzar müzakirə aparıb.
Qeyd olunub ki, A.Sarkisyanın rəhbəri olduğu fond tərəfindən Azərbaycan torpaqlarında qanunsuz mənzil proqramının birinci mərhələsində 817 bina mənzili və 290 həyət evinin tikintisi nəzərdə tutulub.
2021-ci ilin sonuna qədər Xankəndində və Xocalı şəhəri ərazisində bir sıra həyət evləri və binalar istifadəyə veriləcək. Nəticədə 44 günlük savaş zamanı Şuşa və Hadrutdan könüllü olaraq köçmüş 457 erməni ailəsi evlə təmin ediləcəklər.