Ermənistan sülhə hazır deyil - Leyla Abdullayeva -VİDEO

14:42 15.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənisan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmağa davam edirdi. Həmin bəyanatın 4-cü maddəsinə zidd olaraq hələ də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu saxlaması, kommunikasiyaların açılmasına Ermənistan tərəfindən maneçilik törədilməsi xüsusilə bizim tərəfimizdən bəyan edilirdi.

Bunu hafta.az BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O əlavə edib ki, mina təhlükəsi də qeyd edilməlidir. “12 sentyabr gecə saatlarında baş verən geniş miqyaslı erməni hərbi təxribatının əslində səbəbləri sırasında da məhz Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində Azərbaycan hərbi qüvvələrinin yerləşdiyi bölmələri arasındakı çətin coğrafi reliyefdən istifadə edərək təminat yollarında minaların basdırılması cəhdi oldu. Məhz bu cəhdin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüldü.

Ermənistanın təxribatları mina basdırılması, Azərbaycan mövqelərinin atəşə tutulması halları ilə müşahidə olunurdu. Bu kimi hallara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən tədbirlər görüldü”, - deyə o əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər