Ermənistanda çağırışçı anaları ayağa qalxdı: Oğullarımızı Qarabağa aparmayın!

12:12 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda hərbi xidmətə çağırılan gənclərin valideynləri etiraz aksiyası keçiriblər.

Hafta.az erməni KİV-nə istinadən xəbər verir ki, 8 yanvarda bir qrup çağırışçı valideyni Hərbi Universitetin yaxınlığında etiraz aksiyası keçirərək, övladlarının Qarabağa aparılmamasını tələb edib.

Çağırışçılardan birinin valideyni bildirib ki, onların uşaqlarının Qarabağa sağ-salamat çatmasına zəmanət yoxdur.

"Qoy Müdafiə Nazirliyindən birisi gəlsin və desin ki, uşaqlarımız Ermənistanın hərbi hissələrinə aparılır, Qarabağa deyil".