Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik - Çavuşoğlu

15:43 25.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, bildirib ki, harada olursa-olsun, Türkiyə çevrilişlərə qarşıdır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd kimi qiymətləndirib. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.