Ermənistanda daşqınlar 18 körpünü sıradan çıxardı

17:31 27.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son günlər baş verən daşqınlar nəticəsində 18 körpü tamamilə və ya qismən dağılıb.

Hafta.az xəbər verir ki, bu barədə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Aren Mkrtçyan “Facebook” səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Görülən böyük işlərin nəticəsidir ki, ərzaq və dərman problemi yaşayan qəsəbəmiz yoxdur. Mühasirədə olan 7 yaşayış məntəqəsinə aparan yeni dağlararası yolun tikintisi istiqamətində işlər sürətlə davam etdirilir”.

Xatırladılır ki, Ermənistanda daşqınlar səbəbindən 4 nəfər həlak olub. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti isə ölkənin Lori və Tavuş vilayətlərində müxtəlif yaşayış məntəqələrindən 269 nəfəri təxliyə, daha 120 nəfəri isə təbii fəlakət zonasından xilas edib. Ümumilikdə xilasetmə işlərinə 324 canlı qüvvə cəlb edilib. Bununla yanaşı, ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, Tavuş və Lori vilayətlərində çaylarda suyun səviyyəsi enməyə başlayıb.

Oxunma sayı 98