Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır

11:49 30.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 8 927 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 251 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Oxunma sayı 7147