Ermənistanda koronavirusa yoluxma hallarının sayı 1013-ə çatıb

16:34 12.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində koronavirusa daha 40 nəfər yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 1013 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarətdən çıxıb.

Ölkədə 13 nəfərin koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət rejimi 16 mart 2020-ci il saat 18:30-dan 14 aprel 2020-ci il saat 17:00-dək Ermənistan Respublikasının bütün ərazilərində qüvvədədir.

Oxunma sayı 563