Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

13:21 08.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Hafta.az erməni KİV-lərinə istinadən məlumatına görə, son iki gün ərzində 800-ə yaxın yoluxma faktı aşkarlanıb.

Ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Bu günədək Ermənistanda 4 mindən çox şəxs koronavirusdan ölüb.

Qeyd edək ki, karantin rejimi 2021-ci il iyulun 11-dək uzadılıb.