Yazını böyüt
Yazını kiçilt
Ermənistanın Kotayk vilayətində şərxoş sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə 2 hərbçi ölüb, 4-ü yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyi yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçisinin ölməsi faktını təsdiqləyib.
Bildirilib ki, hadisə yerindən qaçan sürücü 34 yaşlı Karen Mikaelyan artıq saxlanılıb.
Məlumata görə, ölən hərbçilər və yaralılar eyni hərbi hissədə xidmət edirmiş.
Yaralı hərbçilərdən birinin vəziyyəti ağırdır. O, hospitala yerləşdirilib.