Əsirlərin mübadiləsi Qazax və İcevan sərhədində olacaq

14:03 13.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində əsirlərin  mübadiləsi həyata keçiriləcək.

Hafta.az bildirir ki, bu barədə xəbəri “Turan” agentliyi məlumatlı mənbələrə istinadən yayıb.

Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə 2 azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə saxlanılıblar.

İki azərbaycanlı əsgər - Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.


Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.