Eşşəyi təpiklə vurdu, 1 həftəlik həbs olundu

18:21 06.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniyada bir kişi eşşəyi təpiklə vurduğu üçün məhkəmənin hökmüylə cəzalandırlıb.

Hafta.az-ın "Gulf News"a istinadən yazdığına görə, beynəlxalq Heyvanlara Etik Münasibət üçün Mübarizə Edənlər Dərnəyi (PETA) məhkəməni qərardan dolayısı təbrik edib. Xəbərdə deyilir ki, adı çəkilməyən həmən kişi 1 həftə müddətinə azadlıqdan məhrum olunub. 

Sözügedən kişi məhkəmədə deyib ki, eşşəyini döyməsinə səbəb heyvanın iki çuval arpanı yeməsi olub. Ohəmçinin əlavə edib ki, əsəbini soyutmaq üçün eşşəyin belinin tüklərini də qırxıb. Buna görə də, məhkəmə onun heyvana zülm etdiyini təyin edib və cəzalandırıb. 

PETA-nın sədr müavini Ceyson Baker yayımladığı açıqlamada bildirib ki, məhkəmənin qərarından və dolayısıyla, bu ölkədə işgəncəyə qarşı açıq mübarizə getməsindən çox məmnundurlar. "Hesab edirik ki, bu fakt İordaniyanın harasında olur olsun, heyvanlara əzab verənlərə dərs olacaq", - deyib C.Baker. 

Oxunma sayı 1155