Ət məhsulları və yumurtanın qiyməti qalxıb - SƏBƏB

14:36 08.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər marketlərdə qiymət artımı müşahidə olunur. Pandemiya dövründə nəzərə çarpacaq dərəcədə hiss edilən bahalaşma əhali arasında haqlı narazılığa səbəb olub. Elə buna görə də,  məsələ sosial şəbəkəklərdə müzakirə obyektinə çevrilib. Nəzərinizə çatdıraq ki, bu ilin əvvəlində də bəzi qida məhsullarının bahalaşması barədə xəbər vermişdik. Bəs görəsən qiyməti hər keçən gün daha da qiymətlənən qida məhsullarının bu qədər bahalaşmasına səbəblər nələrdir? Bahalaşma daha çox hansı qida məhsullarında özünü biruzə verir?

Hafta.az-ın əməkdaşı yaranmış suallara cavab tapmaq üçün ölkənin iri marketlər şəbəkəsindən biri olan "Araz Market"lə əlaqə saxlayıb.

Araz marketlər şəbəkəsinin mətbuat xidmətinin əməkdaşı Nuranə Babayeva söylədi ki, son günlər marketdə ət məhsulları və yumurtanın qiymətində artım müşahidə edilir. Səbəb isə damazlıq quşların kütləvi şəkildə tələf olmasıdır:

“Təzə ət və ət məhsullarında qiymət artımı müşahidə olunur. Dünya bazarında isə quş ətinin qiymətində ciddi artım var. Yumurtanın qiyməti də 2 ay əvvəl ilə müqayisədə bahalaşıb. Süd və süd məhsullarında isə qiymətlər hələki sabitdir”.

Bundan başqa market rəsmisi qiymət artımının tədarükçülərdən bilavasitə asılı olduğunu da vurğuladı:

““Araz” supermarketlər şəbəkəsi olaraq 10 ildir ki, müştərilərimizə ən münasib qiymətlərlə məhsulları təklif edirik. Biz qiymətlərimizi lokal olaraq bazar qiymətlərinə uyğunlaşdırmaqla tənzimləyirik. Ərazi üzrə mütəmadi monitorinq aparılır və həmin qiymətlər bazar qiymətinə uyğunlaşdırılır.  
Qiymətlərin dəyişimi daha çox tədarükçülərdən aslı olur. Onlar alış qiymətlərini dəyişdiyi halda biz də rəflərdəki qiymətləri dəyişməli oluruq. İlk olaraq, həmin qiymət artımı ilə bağlı məlumatı monitorinq mərkəzimizə göndəririk. Beləcə gündəlik qiymət  araşdırması aparılır. Araz supermarketlər şəbəkəsində satılan məhsulların qiyməti ən ucuz qiymət indeksi ilə eyniləşdirilir”. 

İqtisadiyyat rubrikasından digər xəbərlər