Evdən pul oğurlayıb yerinə saxtasını qoydu

15:18 09.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.