Əvvəlcə döydülər, sonra kəsici alətlə xəsarət yetirdilər - Gəncədə olay

20:09 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü C.Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, gəncin vəziyyəti kafidir.

İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.