Fabrikdəki partlayış yaşayış binalarına sıçradı

14:06 29.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Argentinanın paytaxtı Buenos-Ayresdəki kimya şirkətinin zavodunun anbarında güclü partlayış baş verib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış yanğına səbəb olub.

Zərbə dalğası yaxınlıqdakı evlərə ziyan vurub, damları qismən uçurub. Yanğın qonşu fabrikə də keçib. 

Qeyd olunur ki, yanğının miqyası lokallaşdırılıb.