Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Riyad Mənsur dünən Baş katib Antonio Quterreşə məktub göndərərək ondan Fələstin Administrasiyasının beynəlxalq təşkilata tamhüquqlu üzvlük sazişinin ratifikasiyası ilə bağlı müraciətinə yenidən baxılmasını xahiş edib.
Hafta.az-ın yazdığına görə, Fələstin Administrasiyası 10 ildən artıqdır ki, BMT-yə rəsmi şəkildə üzv olmaq üçün müraciət edib.
AFP xəbər agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Mənsur yazıb: “Fələstin rəhbərliyinin göstərişlərinə əsasən, BMT Təhlükəsizlik Şurası səlahiyyətli orqanın 2011-ci ildə təqdim etdiyi tam üzvlük müraciəti ilə bağlı hələ də qərar verməyib. Şuradan 2024-cü ildə bu müraciəti yenidən nəzərdən keçirməsini xahiş etməkdən şərəf duyuram".