Raniya əl-Abdullah CNN telekanalında Becki Andersona müsahibəsində İsrailin blokada altındakı Qəzza zolağına hücumlarından söz açıb.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Qəzzada humanitar fəlakətin qarşısını almaq üçün atəşkəsə çağıran Raniya, "Fələstinə dəstək olmaq antisemit olmaq demək deyil" deyib. “Son illər şahidi olduğumuz şey antisemitizm ittihamının İsrailə qarşı istənilən tənqidi yatırmaq üçün silah kimi istifadə edilməsidir”, - o, əlavə edib.
“Qəzzada insanların əzablarının uçqun kimi böyüməsini seyr etməyin dözülməz hiss” olduğunu deyən Raniya “atəşkəs Həmas-ın daha çox hücum təşkil etməsinə imkan verəcək” iddiasını rədd edib və bunun “Qəzzada dinc əhalinin ölümünə haqq qazandırdığını” deyib.
Kraliça Raniya da "ABŞ prezidenti Co Baydenin Qəzzada Səhiyyə Nazirliyinin paylaşdığı ölənlərin sayı ilə bağlı şübhələrini ifadə etdiyi açıqlamalarına" istinad edərək, bunun standart "İsrail təbliğatı" olduğunu bildirib.