Fələstinli model “Adidas”ın reklamından qovuldu

09:24 22.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadid İsrailə dəstək verən lobbi qrupları və qurumların reaksiyasına görə marka səfiri olduğu ayaqqabı reklamından çıxarılıb.

Hafta.az-ın “USA Today”a istinadən yazdığına görə, açıqlama verən idman geyimləri və malları istehsalçısı “Adidas”ın sözçüsü, İsrail əleyhinə fikirləri ilə tanınan Hadidin 1972-ci ildə istifadə etdiyi ayaqqabıların reklamında verdiyi "kədər və sıxıntı" üçün üzr istədiklərini söyləyib.

Hadidin göründüyü ayaqqabı reklamına görə "faciəli tarixi hadisələr"lə əlaqənin olduğunu qeyd edən sözcü, ayaqqabı reklamının növbəti prosesinin nəzərdən keçiriləcəyini qeyd edib.

“Adidas”, İsrailin Fələstin siyasətlərinə qarşı çıxması və Qəzzada soyqırıma qarşı bir çox platformada mövqeyi ilə tanınan Hadidin yer aldığı ayaqqabı reklam kampaniyasında İsraili dəstəkləyən lobbi qruplarının reaksiyalarından sonra bütün sosial media paylaşımlarını silib.

İsraili dəstəkləyən lobbi qrupları və qurumları sosial media hesablarında "Münhen Olimpiadasında 11 israillinin fələstinlilər tərəfindən öldürüldüyü" faktını gündəmə gətirib və bu oyunlarda istifadə edilən ayaqqabıları reklam edən Hadidin "yayılması" iddiası ilə “Adidas”a reaksiya verib.

1972-ci il Münhen Olimpiadasında Fələstin təşkilatı sentyabrın 5-də Olimpiya kəndinə basqın edərək İsrail idmançılarını girov götürmüşdü. 11 israilli idmançının ölümü ilə nəticələnən bu hadisədən sonra oyunlar bir günlük dayandırılıb.

Digər tərəfdən dünyaca məşhur modelin bacısı Gigi və böyük bacısı Alana Hadidlə birlikdə "Fələstinlilərə aid müstəqil film yayımı, istehsal və maliyyə təşkilatı" olaraq təyin etdiyi "Watermelon Pictures" adlı bir şirkət qurmuşdu.