Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi

17:15 09.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil naziri Emin Əmrullayev fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, E.Əmrullayev uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr imzalayıb.

Əmrdə deyilir:

- Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsilinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planı və “Tədris planına dair qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

- İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

- İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

- Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.