Fərid Qayıbov kollektivə təqdim olunub

09:57 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

Gənclər və İdman Nazirliyindən hafta.az-a verilən məlumata görə, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

Tədbirdə idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar da iştirak ediblər. Qurumda nəzərdə tutulan yeniliklər, planlar yeni nazir işə başladıqdan sonra açıqlanacaq. Atılacaq addımlar barədə də ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib.