Fermalardan oğurluq edən dəstə üzvləri SAXLANILDI

09:39 18.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlamaqda şübhəli bilinən Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

 

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.