FHN Şamaxıda qarlı yolda qalan şəxsləri xilas edib

11:35 12.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda minik maşını qarlı yolda qalıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şamaxı rayonunun Dədəgünəş kəndində “Jeep” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.