FHN təlim keçirdi - VİDEO

13:13 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 2025-ci ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilkin yardım” göstərilib.

Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.