Filarmoniyada əməliyyat keçirilib

18:00 04.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir", - məlumatda vurğulanıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ nə təsdiq, nə də ki təkzib edilib.