Filippində 6,2 bal gücündə zəlzələ olub

09:38 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Hafta.az RIA Novosti-yə istinadla xəbər veirr ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Zəlzələ yerli vaxtal 01:23-də qeydə alınıb.

 

Təkanların episentri adanın əsas limanı olan Davao şəhərindən 128 kilometr qərbdə, yerin39,2 kilometr dərinlikdə yerləşib.

 

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib və sunami təhlükəsi elan edilməyib.