Filippində güclü zəlzələ baş verib

09:58 07.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippinin Mindanao adası sahillərində Rixter cədvəli ilə 6.2 bal gücündə zəlzələ olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi xəbər verib.

Zəlzələnin episentri Diqos şəhərindən (116 min əhali) 21 kilometr şimal-qərbdə, ocağı 20 kilometr dərinlikdə qeydə alınıb.

İtki və ya dağıntılar barədə məlumat verilməyib.