Formula 1 treki boyunca mənzillərin kirayəsi bahalaşıb

16:31 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər Bakının mərkəzində və mərkəzə yaxın yerlərdə günlük kirayə verilən mənzillərin kirayə haqlarının artması müşahidə olunur.

Bunu hafta.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

 
"Bahalaşma əsasən avtomobillərin hərəkət edəcəyi yolların kənarında yerləşən mənzillərdədir. Əsasən, Neftçilər prospekti boyunca mənzillərin günlük kirayə qiymətləri 250-300 manat arasında dəyişir Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Yarışlara birbaşa baxışı olmayan mənzillərdə də qiymət artıb. Həmin ərazilərdə yerləşən 70-80 manata təklif olunan ikiotaqlı təmirli mənzillərin qiyməti hazırda 110-120 manatdan başlayır. Otaq sayı artdıqca qiymətlər də artır. Bundan başqa, yarışları izləmək imkanı olan eyvanları da icarəyə vermə halları müşahidə olunur", - deyə ekspert bildirib.