Fransa həbsxanaları məhbuslarla dolub-daşır

11:20 29.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransa Ədliyyə Nazirliyi noyabr ayında həbsxanada məhbus sıxlığının 120 faizə çatdığını bildirərək, 60700 yerlik həbsxanalarda 72809 məhbus olduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazirliyin açıqladığı son statistik məlumatlara görə, 56 cəzaçəkmə müəssisəsində doluluq 150 faizə çatıb. Bunlardan altısında bu nisbətin hətta 200 faizi keçdiyi bildirilib.

"Carcassonne" 215 faizlik rekord doluluq nisbətinə malikdir, "Perpignan", "Foix", "Majicavo" və "Bordo-Gradignan" isə ikiqat tutumlu həbsxanalar olaraq siyahıya alınır. 

AFP xəbər verir ki, bu səbəbdən məhbəs standartlarının həddən çox aşağı düşməsinə səbəb olub, 2200-dən çox məhbus döşəmədəki döşəklərdə yatmağa məcbur olub.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) həbsxana şəraitinə görə 2020-ci ildə mənəvi zərərə məhkum etdiyi Fransanı həbsxanalarda həddindən artıq sıxlıq və ləyaqəti alçaldan rəftara son qoymağa çağırıb.

Ümumiyyətlə, xüsusilə son bir ildə ölkədə doluluq nisbətində 4,3 faiz əhəmiyyətli artım müşahidə olunub. Bu artım digər Avropa ölkələri ilə müqayisədə böyük sıçrayış deməkdir. Çünki son 10 ildə məhbusların sayı azalan Almaniyada doluluq nisbəti 12,9 faiz aşağı düşüb, Hollandiyada bu azalma 17,4 olub.

Digər Avropa ölkələri ilə müqayisədə Fransa hələ də orta səviyyədədir. Avropa Komissiyasının məlumatına görə, 2021-ci ilin yanvarında Fransada məhbusların sayı hər 100 min nəfərə 92 nəfər olub. Ancaq son məlumatlar bu rəqəmin 107-yə yüksələ biləcəyini, Fransanın isə Yunanıstan səviyyəsinə düşə biləcəyini göstərir.

Əhalisinə nisbətdə məhbusların sayı ən aşağı olan ölkə Finlandiyadır, məhbusların sayı hər 100 min nəfərə 43,3 təşkil edir. Macarıstan və Çexiya 179-dan yuxarı ölkələrlə reytinqdə birinci yerdədir.

Bununla belə, əhaliyə nisbətdə məhkumların ən çox olduğu ölkələr Türkiyə və Rusiya göstərilib. Hər iki ölkədə hər 100 min nəfərə 325-dən çox məhbus düşür.

Oxunma sayı 790