Fransa orduya 44 milyard avro ayıracaq

19:22 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransanın 2023-cü ildə hərbi büdcəsi 44 milyard avro təşkil edəcək.

"2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl altıncı dəfə artırılaraq 43,9 milyard avro təşkil edəcək", - hesabatda deyilir. 2022-ci illə müqayisədə Fransa Silahlı Qüvvələri 3 milyard avro daha çox alacaq.

O da məlumdur ki, 2022-ci ilin dekabrına qədər Fransa parlamenti tərəfindən təsdiq edilməli olan 2024-2030-cu illər üçün silahlı qüvvələrin və silahların inkişafı üzrə yeni proqram təqdim olunacaq.