Fransada koronavirusun üçüncü dalğası başladı

09:32 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada yeni növ koronavirus (COVİD-19) pandemiyasının üçüncü dalğası başlayıb.

 

Hafta.az-ın məlumatına görə, bunu ölkənin Baş naziri Jan Kasteks deyib.

 

Onun sözlərinə görə, bu mərhələ koronavirusun "çoxsaylı ştammları ilə xarakterizə olunur".

 

Qeyd edək ki, Fransada 4 milyondan artıq koronavirusa yoluxma halı qeydə alınıb, yoluxanlardan təxminən 90 min nəfər vəfat edib.