Fransız qubernator separatçı erməni rejiminin nümayəndələrini qəbul etdi - FOTO

18:28 22.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fransanın Izer departamentinin qubernatoru Jan-Pyer Barbye  Qrenoblda Azərbaycanın Qarabağ torpağındakı separatçı-terrorçu rejimin “nümayəndə heyəti”ni qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə erməni mediasına üzdəniraq “nümayəndə heyəti”nin tərkibində Fransaya yola düşmüş erməni xuntasının “ərazi idarəetmə və infrastruktur" "nazir”i Hayk Xanumyan öz “Facebook” səhifəsində yazıb.

H.Xanumyan bildirib ki, bu departamentin Hadrut “rayonu” ilə dostluq müqaviləsi var və “Hayastan” Ümumerməni Fondu vasitəsilə separatçı rejimə dəstək verir, həmçinin   Xankəndindəki Frankofoniya mərkəzinin sponsorlarından biridir.

Fransızlar separatçı erməni nümayəndə heyətinin şərəfinə rəsmi nahar verib. Naharda yalnız qubernator deyil, həm də onun müavinləri və sənaye rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, İzer Fransanın cənub-şərqində yerləşən, Overn-Rona-Alp regionunun departamentlərindən biridir. İnzibati mərkəzi — Qrenobl şəhəridir . Əhalisi — 1,233,759 milyon nəfərdir. Sahəsi — 7431 km². Departamentə 3 rayon, 29 kanton və 532 kommuna daxildir.