FTB koronavirusla bağlı gizli sənəd açıqladı 

17:24 01.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanı bürüyən koronavirus ölkələri sözün əsl mənasında diz çökdürdürməkdədir. Belə bir vaxtda ortaya çıxan bir sənəd dünya gündəmini zəbt edib. Federal Təhqiqat Bürosu (FTB) əməkdaşlarının Amerika hava limanlarının birində saxladığı Çin vətəndaşının çemodanında SARS və MERS virusları ilə yanaşı E Coli virusunun olduğu şüşə qabları müsadirə edib.

Bu arada qeyd edək ki, koronavirus indiyədək təxminən 900 min insanda aşkarlanıb, 43 min nəfərin həyatına son qoyub.

Artıq dünyanın ən tanınmış simalarından bir çoxu məlum virusun rəqib ölkələri zəiflətmək üçün süni şəkildə yaradıldığını iddia etməkdə və bu fikirlərə inananların sayı da sürətlə artmaqdadır.

Dünyada ən ölümcül pandemiyaya səbəb olan virusu daşıyan insanların necə yaxalandığına dair fikirlər bu gün hər kəsi düşündürməkdədir. 2018-ci ilin sonunda, Çində ilk koronavirus xəstələrinin görünməsindən tam 12 ay əvvəl SARS və MERS viruslarının ortaya çıxdığını isbatlayan çinli alim ABŞ gömrüyündə saxlanılıb.
FTB-nin hesabatında deyilir: "Əməliyyat zamanı ələ keçirilən kiçik dərman şüşələrindəki məhlulların MERS və Şiddətli Nəfəs Çatışmazlığı Sindromu xəstəliklərinə yol açan maddələr olduğuna şübhələri artırıb".

Şüşələrdən birində isə potensial olaraq ölümcül ərzaq zəhərlənməsi böcəyi olan E Coli suşi olduğu təsdiqlənib.

"Yahoo News"in yaydığı hesabatda deyilir ki, kütləvi qırğın silahları idarəsi şəxsi daşınan və ya nəzarət edilən baqajlarda qanunsuz, sənədsiz bioloji materialları ABŞ-a daşıyan əcnəbi alimlər Amerika üçün bioloji təhlükə olaraq görülür.

Maraqlıdır ki, FTB sözügedən çinli alim haqda heç bir məlumat açıqlamayıb.
Amma ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında, Trampın Çin üzrə məsləhətçisi, təqaüddə olan Hava Qüvvələri generalı Robert Spalding, şüşədə tapılanların pandemiyanın səbəbkarı ola biləcəyini deyib.

Rutgers Universitetinin bioloq professoru Riçard Ebright, Covid-19 epidemiyasının qəsdən ortaya çıxmasına dair heç bir sübutun tapılmadığını deyib. Buna baxmayaraq, o, bunun laboratoriya qəzasının nəticəsi ola biləcəyini də inkar etməyib.

Çin Xarici Əlaqələr Şurasında bir mütəxəssis olan Yanzhong Huang, Çinin biotəhlükəsizlik sistemində çatışmazlığın olduğunu etiraf edib. Yanzhong Huang, bu səbəbdən də Çin rəhbəri Xi Jinping fevralda biotəhlükəsizlik sahəsini gücləndirməyin vacib olduğunu dilə gətirdiyini deyib.