FTX Stavropolda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxladı

11:21 28.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

FTX Stavropol diyarında inzibati obyektdə terror aktı hazırlayan 4 nəfərin həbs edildiyini bildirib.

Məlumata görə, saxlanılanlar “Ukrayna millətçi təşkilatlarının və Azov alayının ideologiyasının tərəfdarlarıdır. Nazirlikdən bildirilib ki, baxış zamanı onlardan odlu silah, partlayıcı qurğu və metodiki ədəbiyyat götürülüb.

Faktla bağlı “Terror aktı” maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl Rusiya FTX-nin Krım və Sevastopol şəhəri üzrə İdarəsi Ukrayna vətəndaşının “Krım İslam batalyonu” qeyri-qanuni silahlı qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinərək saxlanıldığını bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım idarəsi xəbər verilir ki, Ukraynanın “Krım” milli batalyonunun təşkilatçısı, İsa Akayev kimi tanınan Nəriman Bilyalov beynəlxalq axtarışa verilib.
Ukrayna vətəndaşı Nəriman Bilyalov barəsində “Krım İslam batalyonu” adlı qanunsuz silahlı qruplaşma yaratmaq maddəsi ilə cinayət işi başlanıb.