Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

20:49 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Füzuli Dövlət Dram Teatrı tamaşalarını onlayn nümayiş etdirir.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, virtual repertuar əvvəlcədən tərtib olunub. Həmin repertuara əsasən tamaşaçılar teatrın rəsmi “Facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərini izləyə bilərlər.

Qeyd edək ki, repertuara E.Əfəndiyevin “Qatil”, A.Həsənoğlunun “Yaddaş”, H.Mirələmovun “Xəcalət”, Ə.Orucoğlunun “Nənənin kələyi”, Ş. Qurbanovun ”Olmadı elə, oldu belə”, M.F.Axundzadənin “Müsyo Jordan və “Dərviş Məstəli Şah tamaşaları daxildir.

Oxunma sayı 438