Füzuli sakini tapdığı silahı polisə verib

15:47 08.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.