Füzulidə yol qəzası - Ölən və yaralananlar var

08:14 17.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli rayonu ərazisində yük və minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində T.Mirzəyeva həyatını itirib. Xəsarət alanlar, R.Ağalarzadə, B.Atakişiyeva, B.Qardaşxanov, S.Qalsanov, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.