Gələn il pensiyalar nə qədər artacaq?

18:00 17.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Orta aylıq əməkhaqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaqdır.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlament noyabrın 17-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 468 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci il üzrə dürüstləşmiş transfert məbləğindən 235,8 milyon manat və ya 19% çoxdur.

 

 

 

Qeyd edək ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun gəlirləri 2018-2023-cü illər ərzində 2511,8 milyon manat, yaxud 67% artıb.