Gələn ilin dövlət büdcəsi qəbul olundu

11:37 05.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclis “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsi ilə bağlı çıxış edən komitə sədri Tahir Mirkişili büdcə müzakirəsinin 1 ay ərzində geniş müzakirə edilərək, deputatların bir sıra təkliflərlə çıxış etdiyini, layihəyə bir sıra dəyişikliklərin edildiyini deyib.

2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

Oxunma sayı 135